...

Yeniyetmə və gənc karateçilərin açıq Bakı çempionatı keçiriləcək

İdman Materials 11 Oktyabr 2014 12:16 (UTC +04:00)
18-19 oktyabr tarixlərində yeniyetmə və gənclər arasında Bakı şəhər açıq çempionatı keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Yeniyetmə və gənc karateçilərin açıq Bakı çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

18-19 oktyabr tarixlərində yeniyetmə və gənclər arasında Bakı şəhər açıq çempionatı keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yarışı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyası təşkil edəcək.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində yarışın açılış mərasimi ayın 18-də saat 17:00-da keçiriləcək. 14-15 yaşlı yeniyetmələrdən oğlanlar 5, qızlar 8 çəki dərəcəsində yarışacaqlar. 16-17 yaşlı gənclərdən oğlanlar 5, qızlar 4 çəki dərəcəsində, 18-20 yaşlı gənclərdən isə oğlanlar və qızlar 5 çəki dərəcəsində mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti