...

İlk Avropa Oyunlarına biletlərlə bağlı ətraflı məlumat yaxın vaxtlarda veriləcək

İdman Materials 3 Mart 2015 16:35 (UTC +04:00)
"Martın ortalarına Bakıda iyun ayında keçiriləcək Avropa Oyunlarına biletlərlə bağlı ətraflı məlumat əldə etmək mümkün olacaq".
İlk Avropa Oyunlarına biletlərlə bağlı ətraflı məlumat yaxın vaxtlarda veriləcək

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Yelena Kosolapova/

"Martın ortalarına Bakıda iyun ayında keçiriləcək Avropa Oyunlarına biletlərlə bağlı ətraflı məlumat əldə etmək mümkün olacaq".

Trend-in məlumatına görə, bu barədə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman departamentinin direktoru Pirs О'Kallahan Bakıda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məlumat martın 19-da yayılacaq.

Departamentin direktoru əlavə edib: "Mən əmin edirəm ki, biletləri yerli sakinlər də əldə edə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti