...

Baş məşqçi: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku baxımlı olacaq (FOTO)

İdman Materials 15 Fevral 2016 14:13 (UTC +04:00)
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna çox güclü idmançılar gələcək, buna görə də tamaşaçılar üçün yarışlar baxımlı olacaq.
Baş məşqçi: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku baxımlı olacaq (FOTO)

Bakı. Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna çox güclü idmançılar gələcək, buna görə də tamaşaçılar üçün yarışlar baxımlı olacaq. Bunu Trend-ə müsahibəsində fevralın 19-da start götürəcək FIG "Challenge" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku - Bakıda idmanın bu növü üzrə ilk beynəlxalq turnir ərəfəsində Azərbaycanın kişilərdən ibarət yığmanın baş məşqçisi Pavel Netreba deyib.

Onun sözlərinə görə, ötən il çox sıx, fiziki və mənəvi cəhətdən ağır oldu: "Üstəlik uşaqların müalicə edilməli olan mikrozədələri var idi. Lakin ümumilikdə hər şey normal qaydada gedir. Nə qədər tez formaya düşsək, bu vacib olimpiya ili daha asan olacaq. Olimpiya Oyunları dörd illik tsiklin son hədəfidir və istənilən idmançının arzusudur. Bir lisenziyamız var, ikincisi uğrunda çox səylə mübarizə aparacağıq, bütün gücümüzü ortaya qoyacağıq, bizdən asılı olan hər şeyi edəcəyik".

O, Milli Gimnastika Arenasının turnirə yaxşı hazırlığını vurğulayıb: "Burada peşəkarlardan ibarət komanda işləyir, hər kəs gücü yetdiyi qədər çalışır. Arena yüz faiz hazırdır və biz də hazır olmağa çalışacağıq. Ümid edirik ki, tribunalarda Avropa Oyunlarındakı kimi ab-hava olacaq. Biz daha çox uşağın məşğul olması üçün bu idman növünü populyarlaşdırmaq istəyirik. Turnir çox rəngarəng olacaq və ümid edirəm çıxışımız layiqli olacaq"

Baş məşqçinin sözlərinə görə, Dünya Kuboku olduqca mötəbər olacaq: "Gimnastikanın coğrafiyası xeyli genişlənir, hər bir start sürprizlər gətirir. Dünya çempionatında da belə idi. O zaman gənc kubalı demək olar dünya gimnastika elitasına daxil oldu. Rəqabət çox yüksəkdir, xüsusilə Dünya Kuboku mərhələlərində, ayrı-ayrı növlərdə. Coğrafiya hazırda elə genişdir ki, hətta dünən haqqında eşitmədiyin ölkədən insan gəlir və medallar uğrunda mübarizə aparır. Üstəlik, Yaponiya iştirak edir. Orada prinsipcə pis gimnast yoxdur. Kenzo Sirai kimi məşhur idmançı gələcək. O, sərbəst hərəkətlərdə fantastik çıxış edir. Bəyan edilmiş 19 ölkədən istəniləni uğur qazana bilər, çünki pis idmançılar gətirməyəcəklər və hər bir idmançı fəxri kürsüyə çıxmağa çalışır. Mübarizə yaxşı olacaq, səviyyənin çox yüksək olması gözlənilir və yarışlar baxımlı olacaq. Mübarizədə udmaq ikiqat xoşdur, üstəlik, bu təcrübə gələcək startlar üçündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti