...

Stolüstü tennisçilərimiz liderdir

İdman Materials 2 Mart 2016 17:57 (UTC +04:00)
Fevralın 28-dən Malayziyanın paytaxtı Kuala-Lumpurda stolüstü tennis üzrə dünya çempionatına start verilib.
Stolüstü tennisçilərimiz liderdir

Bakı. Trend:

Fevralın 28-dən Malayziyanın paytaxtı Kuala-Lumpurda stolüstü tennis üzrə dünya çempionatına start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, Argentina, Qazaxıstan, Qvatemala və Monqolustan komandalarına qalib gələn Azərbaycanın qadınlardan ibarət yığması martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya komandası ilə keçirib.

Yığmamız 3:1 hesabı ilə Latviya komandasına qalib gələrək ilk dəfə öz divizionunda qrup lideri olub.

Yarışlar martın 6-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti