...

Bakı-2017: Daha 2 güləşçimiz yarımfinalda

İdman Materials 17 May 2017 10:50 (UTC +04:00)
Orxan Nuriyev (98 kq) və Murad Məmmədov (59 kq) 1/4 finalda mübarizəyə qoşulub.
Bakı-2017: Daha 2 güləşçimiz yarımfinalda

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda daha iki güləşçimiz – Orxan Nuriyev (98 kq) və Murad Məmmədov (59 kq) 1/4 finalda mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, O.Nuriyevin rəqibi Pakistan təmsilçisi Rza Tayab, M.Məmmədovun isə rəqibi İran təmsilçisi Nurbaxış Məhəmməd olub.

O.Nuriyev rəqibinə 9:0, M.Məmmədov isə 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti