...

PSJ "Atalanta"nı məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib

İdman Materials 13 Avqust 2020 08:02 (UTC +04:00)

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" futbol klubu Çempionlar Liqasının dörddəbir finalında İtaliyanın "Atalanta" komandasını 2-1 məğlub edib.

Trend-in məlumatına görə, qaliblərin heyətində qolları Markinyos (90-cı dəqiqə) və Erik Şupo-Motinq (90 +3) vurublar.

Qarşı tərəfdən yeganə qolu Mario Paşalış vurub (27-ci dəqiqə). Beləliklə, PSJ Çempionlar Liqasının ilk yarımfinalçısı olub.

Digər dörddəbir final matçlarında Almaniyanın "Leyptsiq" və İspaniyanın "Atletiko", İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" komandaları, həmçinin İngiltərənin "Mançester Siti" və Fransanın "Lion" klubları oynayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti