Bakı. Elçin Mehdiyev – Trend:
Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində F1 sıralama turu zamanı növbəti qəza baş verib.
Trend-in məlumatına görə, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi idarəetməni itirərək yol kənarına çırpılıb və bolid sırdan çıxıb.
Pilot dərhal qəzaya uğramış bolidi tərk edib və bolid trekdən kənarlaşdırılıb.