...

“Məşğulluq haqqında” qanun layihəsinə parlamentin plenar iclasında baxılacaq

İqtisadiyyat Materials 21 İyun 2018 12:01 (UTC +04:00)
Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
“Məşğulluq haqqında” qanun layihəsinə parlamentin plenar iclasında baxılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib.

Qeyd olunub ki, 37 maddədən ibarət qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı Milli Məclisin plenar iclasında səsləndirilən təkliflərin nəzərə alındığı diqqətə çatdırılıb.

Lahiyə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti