...

Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür - Siyavuş Novruzov

İqtisadiyyat Materials 13 Mart 2020 12:56 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür - Siyavuş Novruzov

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanda süni ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır:

“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır. Dövlət tərəfindən lazımi tədbirlər görüləcək".

S.Novruzov vurğulayıb ki, hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub:

“Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. 5-3 adamın şərhlərinə uymamalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti