...

Sərtləşdirilmiş karantin rejimində yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI

İqtisadiyyat Materials 21 İyun 2020 00:02 (UTC +04:00)
Sərtləşdirilmiş karantin rejimində yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI

Bakı. Asif Mehman - Trend:

Bu gündən 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər tətbiq edilir.

Operativ Qərargah-dan Trend-ə verilən məlumata görə, bu müddət ərzində aşağıdakı xidmət sahələrinin fəaliyyəti icazə verilir:

Səhiyyə və sosial sahə üzrə:

  • elmi tədqiqat və laborator xidmətləri;
  • xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
  • baytarlıq xidmətləri;
  • tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
  • sosial xidmətlər;
  • sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

İnfrastruktur sahəsi üzrə:

  • kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
  • elektrik enerjisinin istehsalı və təchizatı;
  • su təsərrüfatı və meliorasiya;
  • telekommunikasiya və rabitə xidmətləri.

Nəqliyyat və logistika sahəsi üzrə:

  • hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
  • dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
  • logistika xidmətləri;
  • ctimai nəqliyyat və taksi xidmətləri.

Əsas istehsalat növləri:

  • müdafiə sənayesi məhsullarının istehsalı;
  • neft avadanlıqları və qurğularının istehsalı;
  • qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
  • gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
  • kimyəvi məhsulların istehsalı;
  • kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
  • əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
  • neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
  • neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
  • metallurgiya sənayesi üzrə fəaliyyət;
  • tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
  • 4mühəndislik və layihələndirmə xidmətləri;
  • mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
  • qablaşdırma məhsullarının istehsalı;
  • daş, metal və taxta məhsullarının istehsalı;
  • mebel istehsalı və təmiri;
  • diri heyvanların kəsimi.

Pərakəndə və topdan satış üzrə:

  • ərzaq məhsullarının satış məntəqələri;
  • apteklər;
  • yanacaqdoldurma məntəqələri;
  • zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
  • tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
  • onlayn satışlar.

Məişət xidmətləri üzrə:

  • məişət tullantılarının yığılması və utilizasiyası;
  • kimyəvi təmizləmə;
  • mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
  • avtomobillərin təmiri;
  • avtomobil yuyulma məntəqələri;
  • heyvan sığınacaqları.

Kütləvi informasiya vasitələri.

  • Maliyyə təşkilatları üzrə:
  • banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
  • investisiya şirkətləri, fond birjaları;
  • sığorta təşkilatları;
  • ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

Xüsusi xidmət növləri üzrə:

  • çatdırılma xidmətləri;
  • tərcümə xidmətləri;
  • poçt xidmətləri;
  • dezinfeksiya xidmətləri.

Vəkillik fəaliyyəti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti