Bakı. Trend:
2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 117 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 64 şirkət çoxdur.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 73,1 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 10,2 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (101) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 62,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 57 topdan və pərakəndə ticarət, 12 ixracat şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.