...

Azərbaycanda sahibkarların biznes aparması üçün ən yaxşı şərait yaradılır - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 28 İyun 2024 09:58 (UTC +04:00)
Azərbaycanda sahibkarların biznes aparması üçün ən yaxşı şərait yaradılır - Mikayıl Cabbarov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Hazırda Azərbaycanda sahibkarların biznes aparması üçün ən yaxşı şərait yaradılır.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyində olan strukturlar əvvəlki kimi sahibkarlar üçün maliyyələləşdirməyə çıxış təmin edir.

"Hazırda Azərbaycanda sahibkarların bizneslə aparması üçün ən yaxşı şərait yaradılır. İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri mühüm vergi güzəştləri əldə edəcəklər: onlar qeydiyyatdan keçdikləri andan etibarən 10 il müddətində gəlir, əmlak və torpaq vergilərindən azaddırlar. Dövlət zəruri infrastrukturun yaradılmasını, o cümlədən, elektrik enerjisi, təbii qaz, içməli və texniki su, eləcə də, yüksəksürətli internetlə təminatı öz üzərinə götürür", - o deyib.

Qeyd etmək lazımdır ki, sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarında əlverişli yerləşməsi yüklərin daşınmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti