...

Son illərdə uşaqların 15 faizi nikahdan kənar doğulur – Şöbə müdiri

Cəmiyyət Materials 12 Mart 2025 12:00 (UTC +04:00)
Son illərdə uşaqların 15 faizi nikahdan kənar doğulur – Şöbə müdiri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə doğulan uşaqların 15 faizi nikahdan kənar doğulur.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, anomaliya xəstəliyi ilə doğulan uşaqların sayında 65, tallasemiya ilə doğuların sayında 86 faiz artım var.

“3 və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır. Qanunvericilikdə göstərilir ki, 5 və daha çox uşağı olan ailə çoxuşaqlı ailə hesab edilir. Gələcəkdə çoxuşaqlı ailələrin sayının artırılması üçün bu meyar nəzərdən keçirilməlidir.

Abortların sayının artması da ciddi məsələdir. Bu, demoqrafik inkişafa ciddi problem yaradır. Qanunvericiliyi nə qədər sərtləşdirsək də, Aliment Fondunun yaradılması çox vacibdir. Borcluların əksətiyyəti işsiz, gəliri olmayan insanalardır”, - deyə T.İbrahimova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti