...

İyulun sonunda AZAL ATR markalı yeni təyyarə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir E.İsmayılov/ Ayın sonunadək "Azərbaycan hava yolları" Qapalı tipli Səhmdar Cçəmiyyəti (AZAL) Fransa istehsalı olan ATR markalı beşinci təyyarəni əldə edəcək. Bu barədə çərşənbə günü AZAL-dan məlumat verilib.

ATR markalı üçüncü və dördüncü təyyarələr şirkət tərəfindən müvafiq olaraq may və iyun aylarında əldə olunub. Mayda alınan təyyarə hazırda Bakı-Mineralnıye vodı-Bakı marşrutu üzrə aviareysləri həyata keçirir. Altıncı təyyarənin avqust-sentyabr aylarında alınması planlaşdırılır.

Ötən il konsern eyni markalı iki hava gəmisi əldə edib. AZAL Fransanın ATR şirkətindən alınacaq yeni təyyarələri ilk növbdə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala aeroportlarına sərnişin daşımaları üçün istifadə etimək niyyətindədir.

AZAL Fransanın ATR markalı təyyarələr istehsal edən aviaqayırma müəssisəsinə iki ATR - 42-500S və dörd ATR - 72-500S markalı təyyarələrin alnması ilə bağlı sifariş verib. Müqavilənin ümumi dəyəri təqribən 97,2 mln. dollar təşkil edir. Bunlar 50-70 yerlik kiçik təyyarələrdir.

Fransa şirkəti nümayəndələrinin əvvəllər bildirdiyinə görə, altı yeni təyyarənin əldə edilməsi Azərbaycana Antonov və Tupolyev markalarının əvəzlənməsi ilə təyyarə parkını yeniləmək və yeni regional marşrutlar yaratmaq imkanı verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti