...

Bakıda MDB-nin Maliyyə -Bank Şurasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend müxbir İ.Xəlilova/ MDB- nin Maliyyə -Bank Şurası Azərbaycan Beynəlxalq Bankı ilə birgə oktyabrın 24 - 26 - da Bakıda MDB - də iştirak edən dövlətlərin "Birlik ölkələrinin maliyyə bazarları: inkişaf və inteqrasiya" adlı Beynəlxalq Bank Konfransını keçirəcək.

Tədbir Azərbaycan hökuməti və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilir. Konfransın işində MDB-yə üzv dövlətlərin hökumət və nazirlik nümayəndələri, Birlik ölkələrinin milli və digər banklarının rəhbərləri iştirak edəcəklər.

Konfransın proqramı MDB-yə üzv dövlətlərin maliyyə-bank və investisiya fəaliyyəti sahələrində əməkdaşlıq və inteqrasiya problemlərinin müzakirəsini nəzərdə tutur. Plenar iclaslarda dünya likvidlik böhranı şəraitində bank sistemlərinə təşkilati - struktur dəstəyin göstərilməsi, banklar və kapitalın Birlik ölkələrinə sərhəd maliyyə bazarlarına daxil olmaqda əlverişli şərait yaradılması məsələlərini müzakirə etmək planlaşdırılır.

Konfransın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan Milli Bankı, MDB İcraiyyə Komitəsi rəhbərliyinin və Birliyə üzv digər dövlətlərin rəsmi şəxsləri və nümayəndələrinin iştirakı gözlənilir.

Sentyabrın 3 - nə olan cari mübadilə məzənnəsi --- 0,8145 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti