Azərbaycan, Bakı, 14 mart /Trend/
AXA MBASK Sığorta Şirkəti, bundan əvvəl bəyan olunmuş "müştərilərə xidmət göstərilməsinə yeni yanaşma" prinsipini həyata keçirərək, özünün Həzi Aslanov küçəsi, 80/9 ünvanında yerləşən Bakı Ofisini yeni - istirahət günləri olmayan iş rejiminə keçirir. İndi şirkətin müştəriləri onlar üçün əlverişli olan istənilən gün, yəni şənbə və bazar günləri də daxil olmaqla, sığorta müqaviləsi bağlaya və ya müqavilə üzrə ödəniş yerinə yetirə bilər. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Beynəlxalq standartlar üzrə yüksək xidmət səviyyəsinin təqdim edilməsi AXA MBASK üçün prioritet istiqamətdir", - idarə heyəti sədrinin müavini Rəşad Abbasov bildirib.
"Müştəri xidmətinin keyfiyyəti sığorta şirkətinin rəqabət qabiliyyətinin ən mühüm meyarıdır. Bizim sığorta polislərinin satışını həyata keçirən ofislərimizin iş rejiminin dəyişdirilməsi müştərilərə xidmət sisteminin təkmilləşdirilməsinin mərhələlərindən biri və xidmət göstərilməsinin keyfiyyətcə daha yüksək səviyyəsinə keçiddir. АХА-nın məqsədlərindən biri bütün müştərilər üçün "əlverişli sığortalanmanın" yaradılması və təmin edilməsidir. İstirahət günləri ofisləri açaraq və müştərilərə həftədə 7 gün xidmət edərək, biz bu məqsədə nail olmaq yolunda növbəti addımı atırıq. Bu gün üçün biz müştərilərimizə, sığorta hadisələri ilə bağlı məsələlər üzrə sutkaboyu, gündəlik və fasiləsiz xidmət təqdim edirik. Bu gündən etbarən biz, müştərilərimiz üçün əlverişli olan istənilən gün, sığorta polisinin əldə edilməsi imkanını təqdim edirik. Ümid edirik ki, müştərilərimiz bu cür pozitiv dəyişikliklərə şad olacaqlar və sığorta sahəsində ekspertlərə müraciət etmək üçün özləri üçün daha əlverişli olan vaxtı seçmək imkanından istifadə edəcəklər", - Abbasov deyib.
Ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət zərfini (51 faiz), özünün törəmə şirkəti olan AXA Sequros Generales S.A, De Sequros Y Reasequros (İspaniya) şirkəti vasitəsilə, AXA Group (Fransa) şirkəti əldə edib). 2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası, şirkətin adının dəyişdirilməsi ilə əlaqədar, AXA MBASK-a dəyişdirilib
AXA Group - maliyyə müdafiəsi sahəsində dünya lideridir. АХА Group öz fəaliyyətini daha çox Avropa, Şimal Amerika və Asiya-Sakit okean regionunda cəmləşdirməklə, bütün dünya üzrə 57 ölkədə həyata keçirir.