...

Azərbaycan Vergilər Nazirliyi "Vergilər" mövzusunda V ümumrespublika olimpiadası keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 19:52 (UTC +04:00)
Vergilər Nazirliyi may ayının 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ali məktəb tələbələri və magistrantları arasında "Vergilər" mövzusunda 5-ci ümumrespublika olimpiadası keçirəcək.
Azərbaycan Vergilər Nazirliyi "Vergilər" mövzusunda V ümumrespublika olimpiadası keçirəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi may ayının 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ali məktəb tələbələri və magistrantları arasında "Vergilər" mövzusunda 5-ci ümumrespublika olimpiadası keçirəcək. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsini yaşayan Azərbaycanda cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsi, vergilərlə bağlı biliklərin təbliği və vergi fənninin tədrisinin keyfiyyətinin artırılması məqsədilə keçirilən olimpiada həm də vergi xidməti üçün potensial kadrların hazırlanmasına xidmət edir.

Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunacaq olimpiadada 6 dövlət və 5 özəl olmaqla, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan ali məktəblərindən 250-dək tələbə və magistrant iştirak edəcək.

Test üsulu ilə təşkil olunacaq olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları cavablandıracaqlar. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə xüsusi kompüter proqramları vasitəsilə qiymətləndiriləcək. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti