...

Azərbaycan iqtisadi canlanma və misilsiz iqtisadi artım dövrü yaşayır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 15:53 (UTC +04:00)
Hazırda Azərbaycan iqtisadi canlanma və misilsiz iqtisadi artım dövrü yaşayır.
Azərbaycan iqtisadi canlanma və misilsiz iqtisadi artım dövrü yaşayır - ekspert

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Hazırda Azərbaycan iqtisadi canlanma və misilsiz iqtisadi artım dövrü yaşayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Harvard yanında Kennedi Məktəbinin beynəlxalq təhlükəsizlik üzrə eksperti və Yel Universitetinin elmi əməkdaşı Əzim İbrahimin "HuffingtonPost"da dərc edilən məqaləsində deyilir.

"İqtisadi artımın indikatoru olan Azərbaycanda adambaşına düşən ÜDM son 10 il ərzində əla artım göstəricisinə malikdir. Bu da faiz nisbətində ölkəni iqtisadi artım tempi üzrə dünyada ikinci yerə çıxarır. İldə təxminən 25 faiz iqtisadi artımı olan müsəlman əhalinin üstünlük təşkil etdiyi bu dünyəvi ölkə postsovet sistemindən sağlam bazar iqtisadiyyatına keçib", - müəllif yazır.

İbrahimin sözlərinə görə, Azərbaycanın neft və qazdan sonra əsas resursu gənclikdir.

İbrahimin bu yaxınlarda iştirak etdiyi Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) konfransı gənc iş adamları şəbəkəsinə (ICYEN) və gənc insanların artan güc və gələcək üçün resurs kimi tanınmasına həsr edilmişdi. O qeyd edib ki, Azərbaycan bunu etiraf edir və ölkənin gələcəkdə iqtisadiyyatı qurmağa davam edəcək gənclərin istedadına, enerjisinə və ümidlərinə dəstək vermək üçün alətin yaradılması üzrə təşəbbüsünü təbrik etmək lazımdır.

İbrahimin fikrincə, bu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan gənc iş adamları üçün ilk konfransdır. Bu, artıq bir sıra uzaqgörən təşəbbüslərin müəyyənləşməsinə xidmət edir.

Müəllif yazır ki, iri beynəlxalq donorlar SSRİ-nin dağılmasından sonrakı illərdə güclü demokratik cəmiyyətin inkişafı və açıq bazar iqtisadiyyatı ümidi ilə Azərbaycanda proqramlarını həyata keçiriblər.

İbrahimin sözlərinə görə, Azərbaycan özünün milli iqtisadiyyatının möhkəmlənməsi hesabına demokratiyanın irəliləməsi üçün addımlar atır. Müəllifin qənaətincə, Azərbaycanın demokratikləşməsində biznes və kommersiyanın oynadığı rol həyati əhəmiyyət daşıyır və bu, kiçik biznesin cavabdehliyinin cəmiyyət üçün lövbər rolunu oynaya bilməsinin inandırıcı nümunəsidir.

"Gənc iş adamları gənc nəslin sərhədsiz şövqü və enerjisi nəzərə alınmaqla bu prosesdə vacib yer tutur. Turizmin inkişafı, enerji sahəsi üçün texnologiyalar və xidmətlər sahələrində artım müşahidə edilir. Qadın iş adamları onlara öz biznesini başlamaq üçün təqdim edilən lazımi bacarıq və resurslar hesabına həvəsləndirilir", - İbrahim yazır.

Onun fikrincə, Azərbaycanda sahibkarlığın artım səviyyəsinin ölçüsü 2011-ci ilin iyulunda vergi orqanlarında onlayn-qeydiyyatın tətbiq edilməsinin nəticəsidir.

Azərbaycan Sahibkarlar Konfederasiyası turizmin inkişafı üçün güzəştli vergilərin tətbiqini istəyir ki, bu da sahibkarlar üçün xərcləri azaldacaq. Müəllif qeyd edir ki, 2011-ci il Azərbaycanda "Turimz ili" elan edilib, üstəlik, "Eurovision 2011" mahnı müsabiqəsindəki qələbədən sonra ölkəyə beynəlxalq maraq artıb və növbəti müsabiqə 2012-ci ilin mayında Bakıda keçiriləcək.

Müəllifin fikrincə, İslam ölkələrinin gənc iş adamlarının forumu gələcək Azərbaycan cəmiyyəti üçün cəlbedici nümunə oldu.

"Azərbaycanda gənc iş adamlarının işi gələcəkdə çox şey vəd edir və inkişaf edən bütün dünyada təqlid üçün əla nümunədir", - İbrahim yazır.

Xəbər lenti

Xəbər lenti