...

Azərbaycanda müsadirə edilmiş əmlakın gömrük hərraclarında satışı qaydaları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 17:49 (UTC +04:00)
Nazirlər Kabineti "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"nı təsdiq edib. Bu barədə Trend bazar ertəsi Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.
Azərbaycanda müsadirə edilmiş əmlakın gömrük hərraclarında satışı qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Axundov/

Nazirlər Kabineti "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"nı təsdiq edib. Bu barədə Trend bazar ertəsi Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.

Bu qaydalar gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin açıq gömrük hərraclarında satılması ilə bağlı məsələləri tənzimləyir.

Dövlət Gömrük Komitəsinin tabeliyində olan "Azərterminalkompleks" Birliyi mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracın təşkilatçısı və satıcısı qismində çıxış edir.

Gömrük hərraclarında satışa çıxarılan malların ilkin satış qiyməti "Qiymətləndirmə fəaliyyəti haqqında" qanununa uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.

Gömrük Məcəlləsinin 328.2-ci maddəsinə uyğun olaraq, gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır.

Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti