...

Şəkidə sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 18:51 (UTC +04:00)
Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzusunda treninq keçirilib.
Şəkidə sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə Şəki şəhərində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti