...

Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 17:36 (UTC +04:00)
Cari ilin oktyabr ayından Bakının Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib.
Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Cari ilin oktyabr ayından Bakının Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, Novxanı qəsəbəsinin içməli su və kanalizasiya şəbəkələrinin mövcud olmadığı ərazilərdə yeni infrastruktur yaradılır. Bu məqsədlə qəsəbədə müxtəlif diametrli polietilen borularla 74 km uzunluğunda içməli su, 53 km isə kanalizasiya xətti çəkiləcək, 1025 ədəd kanalizasiya quyusu tikiləcək.

Tikinti işləri başlanandan indiyədək 17 km su, 15 km kanalizasiya xətti çəkilib, 182 ədəd kanalizasiya quyusunun inşası başa çatdırılıb.

Qəsəbəyə içməli suyun normal verilişini təmin etmək məqsədilə burada hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı tikiləcək. Yeni yaradılan su şəbəkəsinə 2000-dən artıq ünvan qoşulacaq və ev birləşmələrinin hər birində smart-kart tipli sayğaclar quraşdırılacaq.

Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Novxanı qəsəbəsinin 19 mindən çox sakininin su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə üzrə işlərin 2013-cü ilin sonlarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Abşeron yarımadasının 24 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti