...

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 10,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 16:49 (UTC +04:00)
2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi isə 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 10,4 faiz artıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi isə 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ÜDM-in 63,6 faizi istehsal sahələrində, o cümlədən 46,5 faizi sənayedə, 11,3 faizi tikintidə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,9 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib.

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 52,1 faizdən 55,9 faizədək yüksəlib. Ümumi daxili məhsulun 44,1 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin səviyyəsində qalıb.

Cari ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 30,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,6 faiz, informasiya və rabitə xidmətlərində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, sosial və digər xidmət sahələrində 3,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti