...

Mərkəzi Bank Asiya bazarlarında 500 milyon dollardan artıq vəsait yerləşdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2013 20:03 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) Asiya bazarlarında ilkin mərhələdə 500-600 milyon dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir.
Mərkəzi Bank Asiya bazarlarında 500 milyon dollardan artıq vəsait yerləşdirmək niyyətindədir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) Asiya bazarlarında ilkin mərhələdə 500-600 milyon dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

Onun sözlərinə görə, AMB artıq Asiya bazarlarında, əsas etibarilə Sinqapur, Malayziya, İndoneziya və Cənubi Koreya bazarlarında işləmək üçün əcnəbi menecerlərlə danışıqlar aparır.

A.Babayev qeyd edib ki, Çin bazarı da Mərkəzi Bankın maraq dairəsinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti