Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir A.Axundov/
Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlərin verilməsi üzrə banklara qarşı tələblərin sərtləşdirilməsinin faiz dərəcələrinin azalmasına səbəb ola biləcəyini istisna etmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə AMB-nin İdarə heyəti sədrinin müavini Aftandil Babayev deyib.
Onun sözlərinə görə, ölkədə kredit dərəcələrinin azalması tendensiyası müşahidə edilir. Belə ki, ötən ilin yekunları üzrə kreditlər 2 faiz ucuzlaşıb.
A.Babayev qeyd edib: "Mərkəzi Bank hesab edir ki, hazırda avtomobil kreditləşməsi prosedurunun dəyişdirilməsinə ehtiyac var və banklara onları sərtləşdirməyi təklif edir".
Sədr müavininin sözlərinə görə, AMB-nin bu addımları bankın müştəriləri və bankların özləri üçün müsbət nəticələr verəcək.