Azərbaycan, Bakı, 30 may /Trend/
Türkiyədə "Qablaşdırma Ay Ulduzları" müsabiqəsində yüksək nəticə göstərən "Bizim Süfrə" mayonezi yarışa qatılan 192 namizəd arasından seçilib.
9 kateqoriya üzrə mübarizədə qalib olan və gözəl tərtibatı və yüksək keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanan "Bizim Süfrə" mayonezi yüksək nəticə göstərib. Ümumdünya Qablaşdırma Təşkilatı tərəfindən təsdiq edilmiş bu yarış beynəlxalq səviyyədə də kifayət qədər məşhurdur. "Bizim Süfrə" mayonezini istehlakçılara sevdirən bir çox səbəb var. Bunun ən vacibləri isə salatlarda istifadə edilərkən su salmaması, hazırlandığı vaxtdan süfrəyə verilənə qədər qatılığını qoruyub saxlaması, tərkibində heç bir genetikası dəyişdirilmiş məhsulun və turşuluğun olmamasıdır. Bu mayonezlər insan əli dəymədən istehsal olunan və qablaşdırılan məhsullardır.
Mayonez alanda harada və kimlər tərəfindən istehsal olunması böyük əhəmiyyət daşıyır. "Bizim Süfrə" mayonezi Azərbaycan bazarına uzun yol qət etmədən həmişə təzə olaraq verilir. Heç bir mayonez məhsulunun "Bizim Süfrə" mayonezi qədər qısa vaxt ərzində təzə olaraq süfrəyə verilməsi mümkün deyil.