...

Azərbaycanın dəmir alternativi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2014 17:26 (UTC +04:00)

Emil İsmayılov - Trend:

Bu gün Qazaxıstan, Türkmənistan və İran Azərbaycanın iştirak etdiyi layihəyə alternativ ola biləcək dəmiryolunu istismara verdilər.

Hər iki layihə nəinki eyni, "Şimal-Cənub" adına, həm də yüklərin İrana və Fars körfəzi sahillərinə çatdırılmasına yönəlib. Lakin iştirakçılarının müxtəlif maraqlara malik olması səbəbindən onlar müxtəlif məqsədlərə xidmət edirlər.

Yeni dəmiryolun istismara verilməsi Qazaxıstan və Türkmənistanın öz yüklərini (taxıl, pambıq və başqaları) İrana və Fars körfəzi ölkələrinə tədarük etməsini təmin edəcək.

Lakin Rusiya, Azərbaycan və İranın dəmiryol sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması daha qlobal xarakter daşıyacaq və təkcə Rusiyadan deyil, Şimali Avropadan da cənub istiqamətində yüklərin nəqlini təmin etməyə imkan verəcək.

"Şimal-Cənub" dəhlizi çərçivəsində dəmiryol layihəsi Rusiya tərəfindən Moskvanın İranın və Azərbaycanın dəmiryol infrastrukturunun tikintisi prosesində aktiv iştirakı qəbul etmək arzusu kimi kifayət qədər fəal şəkildə dəstəklənir.

Azərbaycan vasitəsilə marşrut Mərkəzi Asiya vasitəsilə daşınma ilə müqayisədə məhz uzunluğuna görə daha bir üstünlüyə malikdir. Yüklərin əsas mənbəyi olan Avropanın şimalı və Rusiyanın qərbi Xəzərin şərq sahilinə nisbətən Bakıya daha yaxındır.

Buna baxmayaraq, İran layihədə daha çox fayda əldə edir. Tehran hər iki layihə üçün tranzit ərazi kimi çıxış edir ki, bu da ölkənin gəlirlərini xeyli artırır, eləcə də onun nəqliyyat marşrutlarını şaxələndirir. Bu marşrutların əhəmiyyəti artmaqla İran ənənəvi olaraq bu dövlətdən uzaq qaçan ərəb ölkələrinin bazarlarına öz təsirini artırır.

Lakin bütün müxtəlifliyinə baxmayaraq, həm Azərbaycan, həm də Mərkəzi Asiyadan keçən hər iki layihə Xəzər ətrafında dəmiryol halqası yaratmağa imkan verir. Belə təkliflə bu il sentyabrın 29-da Həştərxanda keçirilən zirvə toplantısında Rusiya Prezidenti Vladimir Putin çıxış edib. Bu halqa beş Xəzəryanı dövlətin Xəzərdəki limanlarını birləşdirəcək, nəqlin müddətini və xərcləri azaldacaq, eləcə də Xəzəryanı dövlətlərin inteqrasiyasını gücləndirəcək.

Bu gün Azərbaycan yerləşdiyi əlverişli coğrafi mövqeyi sayəsində artıq qlobal dəmiryol şəbəkəsinin fəal iştirakçısına çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) iri dəmiryol layihəsinin təşəbbüskarı, iştirakçısı və sərmayəçisi olan respublika Pekindən Londonadək dəmiryol xəttinin çatışmayan halqası, eləcə də Avropa ilə Asiyanı birləşdirəcək ən qısa marşrut olacaq.

Yeri gəlmişkən, bu layihəyə ən böyük maraq yeni dəmiryolun iki iştirakçısından - Qazaxıstandan və Türkmənistandan, eləcə də Əfqanıstan, Pakistan və Hindistandan gəlir. BTQ İrandan yüklərin Avropaya və əksinə nəqlini təmin edə bilər.

Yük göndərənlərə əsas məsələni həll etmək qalır: hansı marşrutu seçmək? Amma o marşrutu seçmək lazımdır ki, yükləri nəql etmək daha sürətli və daha ucuz olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti