...

Mərkəzi Bank: Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 11:46 (UTC +04:00)
2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5.2 dəfə üstələyib.
Mərkəzi Bank: Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur

Bakı. Azad Həsənli - Trend:

2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5.2 dəfə üstələyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

Maliyyə Nazirliyinin məlumatına görə, 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 milyon ABŞ dolları (10,751.0 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 19.8 faiz təşkil edib. Müvafiq olaraq, Azərbaycanın strateji valyuta ehtiyatları 35,85 milyard dollar təşkil edib ki, bu da 26 aylıq mal və xidmət idxalını qarşılamaq üçün kifayət edir.

İcmalda deyilir ki, strateji valyuta ehtiyyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib.

İcmala əsasən, 2015-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət pul baratlarının dinamikasına təsir edib: "İlkin rəqəmlərə əsasən 2015- ci ildə ölkəyə daxil olan pul baratları 1183 mln. ABŞ dolları təşkil edib. 2014 və 2013-cü illərdə bu göstərici müvafiq olaraq 1,7 milyard dollar və 1,58 milyard dollar olub".

İcmalda qeyd olunur ki, Dövlət Statistika Komitəsinin məlumatına görə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2015-ci ildə 7 mlrd. manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 44%-ni təşkil edir: "Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 43.8% təşkil edib. İl ərzində ölkənin beynəlxalq reytinqinin qorunması xarici investisiya daxilolmalarına müsbət təsir göstərən amillərdən biri olub. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya və İsveçin sərmayədarlarına məxsus olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti