...

Yeni reallıqlar fonunda Cənubi Qafqaz regionundan yükdaşımalar artmaqda davam edəcək - Vasif Əmiraslanov (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2022 10:57 (UTC +04:00)
Yeni reallıqlar fonunda Cənubi Qafqaz regionundan yükdaşımalar artmaqda davam edəcək - Vasif Əmiraslanov (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yeni reallıqlar fonunda Cənubi Qafqaz regionundan yükdaşımalar artmaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin rəisi Vasif Əmiraslanov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, nazirlik gömrük prosedurlarının və tarif siyasətinin sadələşdirilməsi prosesində TRACECA-nı dəstəkləməyə davam edəcək.

"Nazirliyimiz beynəlxalq yükdaşımaları həyata keçirən şirkətlərə xüsusi diqqət ayırır. Azərbaycan nəqliyat dəhlizlərinin şaxələndirilməsini və nəqliyyat layihələrinə dövlət dəstəyinin göstərilməsini hədəfləyir. Ölkəmiz beynəlxalq nəqliyyat layihələrinin iştirakçısıdır. Bu gün artıq İranla sərhəddə dəmir yolunun tikintisi üzrə işlər başa çatıb, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üzrə işlər aparılır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti