...

Azərbaycanın neft və qaz sənayesi işçilərinin Həmkarlar İttifaqı Komitəsi qurultay keçirməyə hazırlaşır

Energetika Materials 4 Oktyabr 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycanın neft və qaz sənayesi işçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsi 3-cü qurultayın keçirilməsinə hazırlaşır. Bu bərədə cümə axşamı komitənin rəhbəri Cahangir Əliyev məlumat verib.

Onun sözlərinə görə, hər beş ildən bir keçirilən qurultayda komitənin yeni rəhbərliyi seçilir, onun struktur və fəaliyyətinin əsas istiqamətləri müəyyən olunur.

"Bu, bizim işimizdə mühüm bir hadisədir" - deyə Əliyev bildirib. Qurultayın noyabrın 2-də keçiriləcəyi planlaşdırılır, qurultayda 200 nəfər iştirak edəcək.

Əliyev bildirib ki, o, hazırda tutduğu komitə rəhbəri postuna namizədliyini yenidən irəli sürmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti