...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 19 Dekabr 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin dekabrın 18-də qiyməti 1 barel üçün 91,7 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə 1 barel üçün 0,4 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın dekaöbrın 18-də qiyməti 1 barel üçün 90,05 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Dekabrın 18-də URAL neftinin qiyməti 1 barel üçün 84,97 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,53 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin dekabrın 18-də qiyməti 1 barel üçün 90,53 dollara çatıb. Bu, əvvəlki qiymətdən 0,39 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti