...

ARDNŞ Gürcüstana 12,2 mln. kub metr qaz tədarük edib

Energetika Materials 7 May 2008 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) aprel ayında Gürcüstana təxminən 12,2 mln. kub metr qaz tədarük edib. Bu barədə çərşənbə günü ARDNŞ-dən məlumat verilib. Təbii qaz tədarükü aprel ayında başlayıb.

Gürcüstana sutka ərzində 1,2-1,5 mln. kub metr qaz tədarük olunur. Ötən il Azərbaycan Gürcüstana təbii qazın min kub metrni 120 dollar qiymətinə tədarük edib. Bu il tədarük olunacaq qazın qiymətinin min kub metrinin 180-190 dollar olacağı gözlənilir.

ARDNŞ öz yataqlarından hasil etdiyi şəxsi qaza malikdir.

Fevıral ayında ARDNŞ İrana 30 mln. kub metr şəxsi qaz tədarük edib. Onlar "Azəriqaz" QSC-nin boru kəmərləri vasitəsilə həyata keçirilir. İrana qazın min kub metrii 300 dolar qiymətinə tədarük olunur. Müqavilə 30 mln. kub metr qaz tədarükünü nəzərdə tutur, lakin müqavilə uzadıla bilər.

Azərbaycan və İranı 1474,5 km uzunluğunda olan Qazi-Məhəmməd-Astara-Bind-Biand qaz kəməri bağlayır. Bu kəmərin 296,5 km-i Azərbaycan ərazisindən keçir. Onun nəql imkanları ildə 10 mlrd. kub metr təşkil edir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Boru kəməri boyunca - Qazi-Məhəmməd, Ağdaş və Qazaxda 3 kompressor stansiyası tikilib. Qaz-nəql sistemi 55 atmosfer təzyiqi üçün nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 mm-dir.

Xəbər lenti

Xəbər lenti