...

Bakıda Türkiyənin neft emalı zavodunuн bərpasına dair danışıqlar keçiriləcək

Energetika Materials 19 İyun 2008 05:34 (UTC +04:00)

Türkiyə, Ankara, 19 iyun / Trend müxbir T.Əliyev/ Bakıda Türkiyənin neft emalı zavodunu bərpasına dair danışıqlar keçiriləcək. Türkiyədə fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Ərzurum yaxınlığında yerləşən neft emalı zavodunu bərpasına başlamaq niyyətindədir.

MÜSİAD Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən uzun illər əvvəl Enerji Nazirliyinə verilən və istifadəsiz vəziyyətdə qalan NATO neftdoldurma müəssisəsini bərpa etməyə çalışır.

MÜSİAD-ın Ərzurum şöbəsinin müdiri Dursun Yıldız bu məqsədlə Bakıya gedəcəklərini bildirib. Yıldız uzun illərdir istifadəsiz qalan müəssisə ilə bağlı Türkiyə və Azərbaycanın iştirakı ilə konsorsiyum yaratmaq istədiklərini bildirib. O, məsələ ilə bağlı hökümətə müraciət etdiklərini bildirib. Yıldızın sözlərinə görə, enerji və təbii sərvətlər naziri Hilmi Gülərlə görüşdə məsələ ilə bağlı müsbət cavab alınıb və 20 nəfərdən ibarət nümayəndə heyəti yaxın vaxtlarda Bakıya getməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti