...

"Xəzər Dəniz Neft Donanması" "Neftqaz"tipli gəmilər üçün ehtiyat hissələrinin alınmasına dair tender elan edib

Energetika Materials 3 İyul 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması (XDND) "Neftqaz" tipli gəmilər üçün ehtiyat hissələrinin alınmasına dair açıq tender elan edib, - XDND-nin məlumatında bildirilir.

Yükalıcısına avadanlıq və ehtiyat hissələrini müqavilə imzalanandan sonra, üç aydan gec olmamaq şərtilə göndərmək lazımdır. Ödəniş yük göndərildikdən sonra il ərzində hissə-hissə ediləcək 

Tender iştirakçıları iddiaçı qismində iştirak barədə müraciəti və digər səndləri XDND-na 2008-ci il iyulun 31-dən gec olmayaraq təqdim etməlidirlər.

Təkliflər qiymətləndirilən zaman üstünlük ehtiyat hissələrinin qiymətinə, spesifik xüsusiyyətinə (gəmilərin ehtiyat hissələri ilə təmin edilməsi sahəsində), göndərilmə müddəti kriteriyalarına veriləcək.

Tender təklifləri avqustun 7-dək qəbul olunacaq və avqustun 8-də Bakı vaxtilə 11.00-da XDND-nin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti