...

Azərbaycan Dövlət Neft Şirkətinin iştirak etdiyi Şirkətlər Alyansı Türkiyənin "Petkim" kimya Holdinqinin genişləndirilməsinə $5 mlrd. yatıracaq

Energetika Materials 16 İyul 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti)/Turcas/İnjaz Şirkətlər Alyansı Türkiyənin Petkim neft-kimya holdinqinin inkişafına təqribən $5 mlrd. yatıracaq. Bu vəsaitlərin hesabına 2015-ci ilə müəssisənin bazardakı payını 40 faizədək artırmaq nəzərdə tutulur. Bu barədə Holdinqin İstanbul Fond Birjasında hesabatında bildirilib. Müəssisədə yeni növ xammalın buraxılması da nəzərdə tutulur.

SOCAR/Turcas/Injaz Alyansı $2,04 mlrd.-a "Petkim" Holdinqinin 51 faiz səhm paketini alıb. İlin ikinci yarısından şirkət idarəçiləri Alyansı müəssisədə konkret işlərə başlamaq niyyətindədir. Alyans yeddi-səkkiz il ərzində müəssisəyə $10 mlrd. sərmayə yatırmaq niyyətindədir. Müəssisənin bazasında kömür və qazla işləyəcək iki elektrik stansiyası tikiləcək.

SOCAR/Turcas/Injaz-ın Petkim-istehsalat imkanlarının müasirləşdirilməsinə sərmayələri bu müəssisənin Türkiyə bazarındakı rolunu hazırki 27 faizdən 40 faizədək artıracaq. Hazırda Türkiyə lazımi kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkim-in inkişafına səriayələri məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək. Hər il Türkiyə bazarında kimya məhsullarına olan təlabat 12 faizədək artır.

SOCAR/Turcas/Injaz Türkiyədə, Petkim-in istehsalat obyektlərinin yaxınlığında kimya müəssisələrini xammala təmin etmək üçün NEZ tikmək niyyətindədir. NEZ-in güman edilən illik emal gücü 6 mln. ton neft olacaq.

Petkim plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Xəbər lenti

Xəbər lenti