...

SOCAR resursların idarə edilməsi üzrə yeni sistem tətbiq edir

Energetika Materials 19 May 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend /

"SOCAR şirkətin resurslarının idarə edilməsi üzrə yeni sistem tətbiq edir", - SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin məlumatında deyilir.

Sistemin əsas məqsədi şirkətin idarə edilməsində səmərəliliyin artırılması üçün TT imkanlardan yararlanmadır. SOCAR 65 minə yaxın işçinin çalışdığı 120 müəssisəni özündə birləşdirir. İnformasiya-Kommunikasiya Texnologiyalarının sistemli tətbiqi belə çətin sistemə malik təşkilatın idarə edilməsi prosesini daha effektiv edir. Sistemin tətbiqi üzrə məsləhət xidmətləri dünyanın aparıcı konsaltinq şirkətlərindən biri PricewaterhouseCoopers - tərəfindən göstərilir.

Bu çətin sistemin tətbiqi üçün ən yüksək səviyyəli avadanlıqdan istifadə olunur. Dünyadakı mövcud texnologiyaların əsaslı şəkildə incələnməsindən sonra üstünlük, 64 prosessorlu Superdome serveri və HP şirkətinin XP24000 disk massivinə verilib. SOCAR Azərbaycanda HP Superdome kimi belə yüksək səviyyəli serveri tətbiq edən ilk təşkilat oldu.

Superdome НР sisteminin sabitliyi və etibarlılığı SOCAR-ın çox vacib proqramlarının fasiləsiz işini təmin edir.

Yeni sistemin tətbiqi davam etdiriləcək. "Neft-qaz", "emal müəssisələrinin idarəetməsi" kimi modullar yalnız bütün şirkət səviyyəsində deyil, həm də müəssisələr səviyyəsində tətbiq ediləcək. Tətbiq olunan modulların sayının artması ilə, İT-nin şirkətin idarəetməsinə inteqrasiyası daha da səmərəli olacaq.

Xəbər lenti

Xəbər lenti