Azərbaycan, Bakı, 08 sentyabr / Trend /
Yanvar-avqust aylarında "Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalçısı və paylayıcısı) təxminən 12,8 milyard kilovat/saat elektrik enerjisi istehsal edib ki, bu göstərici də ötən ilin analoji dövründə 14,2 milyard kilovat/saat təşkil edib. Bu barədə SC-nin cümə axşamı yayılan məlumatında deyilir.
İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən təxminən 11,4 milyard kilovat/saat istilik elektrik stansiyalarının, 1,4 milyard kilovat/saat isə su elekterik stansiyalarının payına düşüb.
Avqustda "Azərenerji" tərəfindən təxminən 1,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib ki, onun da 1,1 milyard kilovat/saatı istilik elektrik enerjisinin payına düşüb. Qalan 0,2 milyard kilovat/saat elektrik enerjisi isə su elektrik stansiyalarının payına düşüb.
İyulda Rusiya, İran və Gürcüstan ilə elektrik enerjisinin ötürülməsi də davam etdirilib.