...

ARDNŞ Gürcüstanda qaz kəmərinin tikintisi üzrə tenderdə iştirak edir

Energetika Materials 16 İyul 2010 16:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 iyul /Trend, müxbir N.Kirsxaliya/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Neftqaztikinti" Tresti Poti-Senaki qaz kəmərinin tikintisi üzrə tenderdə iştirak edir.

İyulun 15-də Gürcüstanın Neft və Qaz Korporasiyasında Poti-Senaki (Qərbi Gürcüstan) qaz kəməri üçün tikinti materiallarının alınması üçün beynəlxalq tender baş tutub.

ARDNŞ ilə birlikdə tenderdə üç şirkət - Truboizolcomplecr Ltd, STEMCOR və New Metal Georgia iştirak edirlər.

Yaxın günlərdə şirkətlər tərəfindən verilən sənədlərin öyrənilməsi başa çatdıqdan sonra tender komissiyası qalibin adını elan edəcək.

Gürcüstanın Neft və Qaz Korporasiyası aprel ayında 30 kilometrlik Zestafoni-Poti qaz kəməri sahəsinin tikintisinə icazə alıb.

Poti-Senaki magistralı maye qaz terminalını, Qara dənizin kurort-istirahət zonalarını, Poti və Senaki şəhərlərini təbii qazla təmin edəcək.

Payızda gerçəkləşəcək layihə Gürcüstanın Neft və Qaz Korporasiyasında hazırlanıb. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən Gürcüstan hökumətinə ayrılan qrant çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti