...

I rübdə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 13,3 faiz artıb

Energetika Materials 19 Aprel 2011 16:21 (UTC +04:00)
Доходы Государственного нефтяного фонда Азербайджана (ГНФАР) в первом квартале 2011 года составили 3 259,6 миллиона манатов, а расходы - 1 399,6 миллиона манатов.
I rübdə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 13,3 faiz artıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 3 259,6 milyon manat, xərcləri isə 1 399,6 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov çərşənbə axşamı təşkilatın ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Fonda daxilolmaların böyük hissəsi mənfəət neftinin və qazın satışından əldə olunub. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlirlər 3 197,6 milyon manat səviyyəsində, o cümlədən mənfəət neftinin satışından - 3 077,6 milyon manat, tranzit ödənişlər üzrə - 1,7 milyon manat təşkil edib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən dividendlər 16,3 milyon manat olub. Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz" layihəsinin işlənməsinin birinci mərhələsi çərçivəsində alınan qazın dəyəri üzrə fərqdən Neft Fonduna 101,7 milyon manat vəsait daxil olub.

Hesabat dövründə xarici investorların verdikləri aktivlərdən gəlirlər 0,3 milyon manat təşkil edib. 2011-ci ilin birinci rübündə Neft Fondunun vəsaitlərinin idarə olunmasından 62 milyon manat həcmində gəlir əldə olunub.

Neft Fondunun xərcləri strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 20,1 milyon, Samur-Abşeron kanalının yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 39 milyon, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişinə isə 2,3 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinə transfertlər 1 330 milyon manat təşkil edib. 2007-2015-ci illər dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsil almasına 3,3 milyon manat vəsait sərf olunub. Həmçinin Bakı-Tbilisi-Qars yeni dəmiryolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilib.

Fondun idarə olunması üzrə xərclər 2,7 milyon manat təşkil edib. Valyuta məzənnələrinin fərqlərindən xərclər 423,4 milyon manat olub.

2011-ci il aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri bu ilin əvvəli ilə müqayisədə 13,3 faiz (22 766,8 milyon dollar) artaraq 25 796,9 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib.

ARDNF-nin Nizamnaməsinə görə, fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummili problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm də ölkədəki infrastruktur sahələrin və qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda fondun vəsaitləri hesabına irrqasiya, nəqliyyat sahələrində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Aprelin 19-na olan rəsmi məzənnə 0,7918 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti