...

Transxəzərin gələcəyi Türkmənistanın mövqeyindən də asılıdır - Rar

Energetika Materials 12 Sentyabr 2011 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Transxəzər boru kəmərinin gələcəyi müxtəlif amillərdən, o cümlədən Türkmənistanın mövqeyindən asılıdır. Bu barədə Trend-ə bazar ertəsi Almaniya Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksandr Rar bildirib.

"Hazırkı vəziyyətdə bu layihənin mühüm məsələlərindən biri də Türkmənistanın mövqeyidir, çünki Transxəzərin olub-olmamağı Azərbaycana az təsir edir", - Rar deyib.

Avropa İttifaqı Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəməri sisteminin tikintisi haqqında saziş üzrə danışıqların aparılması üçün mandat qəbul edib. Trend-in xəbərinə görə, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Avropa İttifaqı ilk dəfə infrastruktur layihələrinə dəstək üzrə saziş təqdim edir.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq və burada "Nabukko" ilə birləşəcək. Aİ və digər ölkələrlə Transxəzər boru kəmərinin tikintisi barədə danışıqlar ötən əsrin 90-cı illərindən aparılır. Bu gün boru kəmərinin tikintisi Xəzərin statusunun müəyyən edilməməsi səbəbindən çətinləşib.

"Lakin Rusiya və İran Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə qarşı kəskin çıxışlar etməyə davam edəcək ki, bu da gərgin vəziyyətə gətirib çıxara bilər. Moskva və Tehran bu prosesi dayandırmaq üçün hər şeyi edəcək", - o deyib.

Onun fikrincə, Türkmənistanın mövqeyi təyinedici olacaq, çünki Azərbaycanın hazırda "Nabukko"nu doldurmaq üçün kifayət qədər qazı var, lakin Transxəzər məhz Türkmənistan qazının nəqli üçün vacibdir.

"Nabukko"nun Mərkəzi Asiyanı Rusiya təsirindən azad etmək üçün siyasi missiyası var və onu Avropa bazarına çıxarmağın yeganə yolu Transxəzərdir", - Rar bildirib.

Bununla bağlı ekspert deyib ki, indi Moskva Brüsseldən çox Aşqabada təzyiq göstərəcək, ona görə də Transxəzərlə bağlı son qərar barədə danışmaq hələ tezdir.

Rar vurğulayıb ki, indi Aşqabad qərar qəbul etməlidir, çünki Aİ Mərkəzi Asiya resurslarının Avropa bazarlarına çıxış məsələsində konkretlik istəyir.

Xəbər lenti

Xəbər lenti