...

Azərbaycanda sutkalıq qaz istehlakı azalıb

Energetika Materials 27 Mart 2014 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.İsmayılov/

Martın 27-nə olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 19,07 milyon kubmetr təşkil edir. Martın 7-də bu göstərici 21 milyon kubmetr olub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata əsasən, martın 27-də Bakıda qaz istehlakının sutkalıq həcmi 11,8 milyon kubmetr təşkil edir.

İB-dən bildiriblər ki, digər regionlar üzrə verilən qazın sutkalıq həcmi təqribən 7,3 milyon kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti