Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Maksim Tsurkov/
Transadriatik boru kəməri konsorsiumu (TAP) ilə idarəetmə və konsaltinq xidmətləri ilə bağlı Fransanın "Technip" neft-qaz servis şirkəti arasında müqavilə imzalanıb.
Trend bu barədə "Technip"-in yaydığı məlumata əsasən xəbər verir.
Məlumata əsasən, PMC - müqavilə Yunanıstan, Albaniya və İtaliyada TAP boru kəmərinin sahil hissəsini əhatə edəcək.
"Technip" şirkətinin vitse-prezidenti Rikkardo Moidzo bu müqavilənin şirkət üçün mühüm mərhələ olduğunu bildirib: "Bunun sayəsində layihələrin idarə edilməsi sahəsində böyük imkanlarımızı nümayiş edə biləcəyik".
Müqavilənin dəyəri barədə açıqlama verilmir.