...

Azərbaycanda yüngül neft hasilatı cüzi azalıb

Energetika Materials 1 Mart 2016 13:04 (UTC +04:00)
2015-ci ildə Azərbaycan 31,3 milyon ton yüngül neft hasil edib.
Azərbaycanda yüngül neft hasilatı cüzi azalıb

Bakı. Maksim Tsurkov - Trend:

2015-ci ildə Azərbaycan 31,3 milyon ton yüngül neft hasil edib. 2014-cü ildə bu rəqəm 31,5 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə "BP Azerbaijan"ın 2015-ci ildə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

"BP Azerbaijan" "Azeri Light" sortun hasil edildiyi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatorudur.

Göstərilən dövrdə AÇG yatağında yüngül neftin gündəlik orta hasilat 634 min barel təşkil edib.

2014-cü ildə Azərbaycan 31,5 milyon ton "Azeri Light" nefti hasil edib ki, 2013-cü ildə bu göstərici 32,2 milyon ton olub.

Ötən il layihə çərçivəsində əməliyyat məsrəfləri 760 milyon dollar, əsaslı məsrəflər isə 1,9 milyard dollar təşkil edib.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.

Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) - 35,78 faiz, "Chevron" - 11,27 faiz, "Inpex" - 10,96 faiz, "AzACG" - 11,65 faiz, "Statoil" - 8,55 faiz, "Exxon" - 8 faiz, "TPAO" - 6,75 faiz, "Itocu" - 4,3 faiz və "ONGC" - 2,72 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti