...

SOCAR Türkiyə sərgidə Petkim Yarımadası layihələrini və TANAP-ı təqdim etdi

Energetika Materials 2 İyun 2016 12:48 (UTC +04:00)
SOCAR-ın baş sponsorluğu ilə baş tutan "23-cü Beynəlxalq Xəzər Neft və Təbii qaz sərgisi"nin (Caspian Oil & Gas) iyunun 1-də açılış mərasimi keçirilib.
SOCAR Türkiyə sərgidə Petkim Yarımadası layihələrini və TANAP-ı təqdim etdi

Bakı. Trend:

SOCAR-ın baş sponsorluğu ilə baş tutan "23-cü Beynəlxalq Xəzər Neft və Təbii qaz sərgisi"nin (Caspian Oil & Gas) iyunun 1-də açılış mərasimi keçirilib.

Neft və təbii qaz sahəsində ən yeni investisiya və layihələrin tanıdıldığı, Xəzər dənizinin enerji potensialının ələ alındığı 1-4 iyun tarixlərində keçirilən 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Türkiyə, Rusiya, ABŞ, İngiltərə və Fransa kimi ölkələrdən neft sektoruna istiqamət verən şirkətlər iştirak edir. SOCAR Türkiyə sərgidə ümumi investisiya məbləği 18 milyard dollara çatan Petkim Yarımadası layihələrini və TANAP-ı təqdim etdi.

Türkiyədəki layihə investisiyalarına sürət kəsmədən davam etdiklərini ifadə edən SOCAR Prezidenti Rövnəq Abdullayev çıxışında deyib: "Azərbaycanın xaricdəki ilk liman işlətmə müəssisəsi olan Petlim Konteyner Terminalı'nın 1. faza işlərini tamamladıq. Bu ilin 3-cü rübündə əməliyyatlara başlamağı planlayırıq. Value-Site Proyektinin əhəmiyyətli parçası olan terminal üçün 400 milyon dollar investisiya qoyduq. 28 illiyinə limanın idarətməsini dünyanın ən böyük konteyner idarəetmə firması olan APM şirkəti tərəfindən həyata keçiriləcək".

R.Abdullayev qeyd edib ki, limanımız dünyanın ən böyük konteyner gəmilərini qəbul edə biləcək tutuma sahib olacaq: "Goldman Sachs 2014-ci ildə Petlim'in 30 faizinə 250 milyon dollar qarşılığında ortaq oldu. Başda Egey dənizi bölgəsi olmaq üzrə Türkiyə iqtisadiyyatına əhəmiyyətli tövfə verəcək olan limanımızın açılışının dost və qardaş iki ölkənin liderlərinin iştirakı ilə reallaşdırılması bizlər üçün böyük bir qürur və xoşbəxtlik vəsiləsi olacaq".

Türkiyədə özəl sektörün əli ilə ilk Neft emalı zavodunu SOCAR tikir.
Türkiyədəki neft emalı, neft-kimya, enerji, logistika və paylama inteqrasiyasının, neft emalı tərəfini meydana gətirən STAR Neft emalı zavodu haqqında məlumat verən SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev layihənin planlaşdırılan təqvimə uyğun və büdcə çərçivəsində irəlilədiyini qeyd edib.

Star Neft emalı zavodunun Türkiyədə özəl sektor əliylə inşa edilən ilk zavod olduğunu xatırladan V.Əliyev deyib ki, "Türkiyənin ilk strateji investisiya təşviq sənədinə sahib olan, STAR Neft emalı zavodunun təxminən 64 %-i tamamlandı: "5.65 milyard dollar investisiya dəyərinə sahib olan STAR Neft emali zavodu layihəsində, 14 ölkədən ümumilikdə 2000-ə yaxın mühəndis işləyir. Dünya standartlarında texnika, keyfiyyət və SEÇ (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) tətbiqləriylə bənzərsiz bir layihə olan STAR Neft emalı zavodu, eyni zamanda dünyada sıfırdan tikintisi davam edən bir neçə neft emalı proyektindən biridir."

Cənubi Qaz dəhlizinin ən əhəmiyyətli hissəsi olan TANAP layihəsinin təməlinin isə 17 Mart 2015-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə atıldığını xatırladan V.Əliyevin sözlərinə görə, "TANAP və neft emalı zavodu proyektlərini dolaylı şəkildə Petkim meydana gətirdi: "Petkimin varlığı və tərəfimizdən özəlləşdirilməsi, Türkiyə-Azərbaycan əlaqələri ilə birlikdə bu layihələrin də güclənməsinə və sürətlənməsinə səbəb oldu. Türkiyənin sənayeləşmə tarixi Petkim tarixi ilə üst-üstə düşür. Aprel ayında Petkimin 51'nci ilini qeyd etdik. SOCAR Türkiyə olaraq, Petkim-i Türkiyənin ən böyük yatırımlarının mərkəzinə gətirməyi bacardıq. Bununla qürur duyuruq. 2018-ci ildə Petkim yarımadası Avropanın inteqrasiyaya əsaslanan ən böyük istehsal mərkəzlərindən biri olacaq".

Sərgidə həmçinin, neft şirkətləri arasında iş əlaqələri quruldu, mütəxəssislər tərəfindən neft və təbii qaz sənayesi mövzusunda dünyadakı yeni inkişaflarla əlaqədar iclaslar təşkil edildi. "23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas)" 1-4 iyun tarixləri arasında ziyarətə açıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti