Bakı. Trend:
ABŞ administrasiyası strateji neft ehtiyatından istifadə edib-etməməsindən asılı olmayaraq, OPEK-i hasilatı artırmağa çağıracaq.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Cen Psaki brifinq zamanı bildirib.
O qeyd edib: "İstənilən halda biz OPEK-dən neft tədarükünün tələbatı ödəməsini təmin etməyini tələb edəcəyik".
C.Psaki xatırladıb ki, ABŞ uzun müddətdir aparıcı neft ixracatçıları ilə belə danışıqlar aparır.