...

Azərbaycanın energetika naziri Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək

Energetika Materials 27 Sentyabr 2022 16:19 (UTC +04:00)
Azərbaycanın energetika naziri Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti