...

BƏƏ OPEK-dən çıxmağı planlaşdırmır

Energetika Materials 4 Mart 2023 01:46 (UTC +04:00)
BƏƏ OPEK-dən çıxmağı planlaşdırmır

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxmaq niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Əmirliyin bir neçə yüksək rütbəli məmurlarına istinadən bildirib. Onlar "The Wall Street Journal" qəzetinin yaydığı məlumatı təkzib ediblər.

Agentliyin mənbələrindən birinə görə, BƏƏ səlahiyyətliləri bir neçə ildir ki, hansı ittifaqların ölkənin uzunmüddətli maraqlarına daha yaxşı xidmət etdiyini düşünür və vaxtaşırı OPEK-dən çıxmaq məsələsini gündəmə gətirir. Bildirilib ki, buna baxmayaraq, hazırda BƏƏ alyansı tərk etmək niyyətində deyil, çünki belə bir qərarın mənfi cəhətləri müsbət tərəfləri üstələyir.

"BƏƏ qəfildən OPEK-dən çıxsa, bu, təkcə ölkənin ən böyük ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı ilə deyil, həm də Küveyt və İraq kimi Fars körfəzindəki digər müttəfiqlərlə siyasi fikir ayrılığına səbəb ola bilər", = deyə Agentlik qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti