...

bp TANAP-ın 2022-ci ildəki ötürücülük qabiliyyətini açıqlayıb

Energetika Materials 13 Mart 2023 14:07 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) cari ötürücülük gücü gündəlik 275 min barel təşkil edir, 2022-ci ildə orta ötürücülük qabiliyyəti isə gündəlik 283 min barel olub.

Trend bu barədə bp-nin hesabatına istinadən xəbər verir.

Şirkətdən 2022-ci ildə il ərzində aparılan intensiv axın sınaqları ilə əlaqədar olaraq TANAP-ın ötürücülük qabiliyyəti gücünü aşdığı deyilib.

bp TANAP-da 12 faiz iştirak payına malikdir. Boru kəmərinə qaz Azərbaycanın Türkiyə ilə sərhəddəki "Şahdəniz" yatağından daxil olur və buradan Türkiyədə Eskişehirə və Yunanıstanla sərhəddə nəql olunur - burada TANAP Trans-Adriatik boru kəməri (TAP) ilə birləşir.

2022-ci ildə TANAP Türkiyəyə 5,6 milyard kubmetr qaz tədarük edib.

TANAP-ın ilkin ötürücülük gücü gələcəkdə 31 milyard kubmetrədək artırılma imkanı ilə ildə 16 milyard kubmetr qaz təşkil edir.

Genişləndirmə üçün ildə 24 milyard kubmetr həcmində ötürücülük gücünə çatmaq məqsədilə bir neçə əlavə kompressor stansiyası vacibdir. 31 milyard kubmetr gücə çıxmaq üçün yeddi kompressor stansiyası tələb olunur.

Bu gün Trans-Anadolu qaz boru kəməri ilə hidrogen qarışığının nəql imkanları öyrənilir. Texniki nöqteyi-nəzərdən TANAP vasitəsilə nəql olunan təbii qazda hidrogenin miqdarı 2 faiz səviyyəsində ola bilər.

TANAP-da iştirak payı aşağıdakı kimidir: "Cənub Qaz Dəhlizi" QSC - 51%,SOCAR Türkiye Energy - 7%, BOTAS - 30% və bp - 12%.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti