...

Azərbaycan özünün beynəlxalq "yaşıl" enerji qovşağına çevrilməsi üzrə proqramları inkişaf etdirir

Energetika Materials 31 Mart 2023 18:13 (UTC +04:00)
Azərbaycan özünün beynəlxalq "yaşıl" enerji qovşağına çevrilməsi üzrə proqramları inkişaf etdirir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan özünün beynəlxalq enerji, o cümlədən, "yaşıl" enerji qovşağına çevrilməsi üzrə proqramları inkişaf etdirir.

Bu barədə Trend-ə cümə günü Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu proqramların reallaşdırılması çox vacibdir, belə ki, milli iqtisadiyyata xarici valyuta axınına, yeni iş yerlərinin açılmasına, habelə, ölkənin beynəlxalq arenada nüfuzunun daha da artmasına şərait yaradır.

R.Quliyev ölkənin beynəlxalq layihələrində və siyasətində Azərbaycanın milli maraqlarının daim birinci yerdə dayandığını vurğulayıb.

"Azərbaycan müvəffəqiyyətlə karbohidrogen hasil edən, tədarükünü və tranzitini həyata keçirən güclü ölkələrdən biridir", - o deyib.

İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadənin Trend-ə dediyi kimi, Azərbaycan "yaşıl" enerji gündəliyinin formalaşması yolundadır.

O, son illərdə Azərbaycanda Avropa bazarlarına böyük həcmdə "yaşıl" enerji tədarükü üçün nəzərdə tutulmuş yetərincə effektiv strukturun yaradıldığını qeyd edib.

"Bundan başqa, Azərbaycan bu layihələrin reallaşdırılması üçün xüsusən MASDAR, Acwa Power, bp kimi şirkətlərin və bu enerji növü üzrə ixtisaslaşmış digər xarici investorların vəsaitlərini cəlb etməkdədir. Həmçinin, günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihə və təşəbbüslərin sayı gündən-günə artmaqdadır. Bunların böyük bir hissəsi Abşeron yarımadası ərazisində və Bakı şəhəri yaxınlığında yerləşir. Xəzər dənizinin, həmçinin, işğaldan azad olunmuş ərazilərin resurslarından istifadə hesabına bu coğrafiyanın genişlənəcəyi gözlənilir. Azərbaycanın "yaşıl" enerji hasilatı üzrə ümumi potensialı 200 min meqavatdan çoxdur", - İ.Vəlizadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti