...

"MOL Group" "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb

Energetika Materials 4 Avqust 2023 15:29 (UTC +04:00)
"MOL Group" "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın "MOL Group" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yatağında 2023-cü ilin ikinci rübündə hasilatı gündəlik 13 500 barel neft ekvivalenti olub. Ötən ilin analoji dövründə bu rəqəm gündəlik 14 800 barel neft ekvivalenti təşkil edib.

Trend bu barədə "MOL Group"a istinadən xəbər verir.

Beləliklə, şirkətin istehsalı illik hesablamada təqribən 8,8 faiz azalıb.

"2023-cü ilin birinci yarısında orta gündəlik hasilat 14 300 barel neft ekvivalenti olub. 2022-ci ilin analoji dövründə isə bu göstərici gündəlik 15 100 barel neft ekvivalenti olub. Bu 6 faiz azalma təməl azalma və yataqda bir qədər planlaşdırılmamış gecikmələrlə bağlı olub", - deyə "MOL Group"dan bildiriblər.

Bundan başqa, şirkətdən qeyd edilib ki, 2023-cü ilin birinci yarısında blokda 8 yeni quyu istismara verilib.

2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – "Çıraq" (23 000), "Mərkəzi Azəri" (98 000), "Qərbi Azəri" (91 000), "Şərqi Azəri" (61 000), "Dərinsulu Günəşli" (67 000) və "Qərbi Çıraq" (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel və ya 9 milyon ton olub.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 3 neft hasilatı və 4 su injektor quyusunun qazılması tamamlanıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti