...

Azərbaycan Aİ ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Energetika Materials 2 Dekabr 2025 16:45 (UTC +04:00)
Azərbaycan Aİ ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə səmərəli müzakirələr apardıq. Strateji enerji tərəfdaşlığımızın Cənub Qaz Dəhlizi, “Yaşıl Enerji Dəhlizi” layihələri, enerji səmərəliliyi, hidrogen və digər prioritet istiqamətlərinin inkişafını, eləcə də regionda yeni reallıqlar fonunda yaranan əməkdaşlıq imkanlarını dəyərləndirdik", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinə Cənubi Qafqaz Boru Kəməri (Bakı – Tbilisi – Ərzurum), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) daxildir və dəhliz Cənubi Avropaya istiqamətlənir. Dəhlizin ümumi uzunluğu təxminən 3 500 kilometrdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyini artırmaq və Avropa bazarının Rusiya qazından asılılığını azaltmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti